21:31
Sentyabrın 14-də, saat 14:20-də Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə mühafizə polisi tərəfindən ölü döl aşkar edilib.
Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilib.
Qeyd olunub ki, Uşaq Xəstəxanasında hamiləliyin sonlandırılması icra olunmur.
----------
18:19
Sumqayıt Şəhər Uşaq Xəstəxanasının həyətində 8 aylıq qız dölü aşkarlanıb.
Milli.Az report-a istinadən xəbər verir ki, dölün kimə aid olduğu və kim tərəfindən əraziyə atıldığı hələlik müəyyən edilməyib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb. Döl aidiyyəti qurumlara təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az