64 yaşlı usta faciəvi şəkildə öldü

14 Sentyabr 2025 18:13

Abşeronda elektrik cərəyanı ustanı vuraraq öldürüb.

Milli.Az xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

1961-ci il təvəllüdlü Cavad Zabulla oğlu Davudov evdə elektrik işi görən zaman onu elektrik cərəyanı vurub. C.Davudov hadisə yerində keçinib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az