"Lexus" BMW ilə toqquşdu - YENİLƏNİB

14 Sentyabr 2025 11:55

Ötən gecə Beyləqanda 1 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnın qəza olub.

Qəza zamanı rayon sakini, 1995-ci il təvəllüdlü İbrahimli Yusif Fəttullah oğlu müxtəlif dərəcəli xəsarət alıb. Yaralı Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma davam etdirilir. / Report

xxx

Beyləqanda ağır yol qəzası baş verib.

Milli.Az xəbər verir ki, sentyabrın 14-də gecə saatlarında Beyləqan rayonu ərazisində "Lexus" və "BMW" markalı avtomobillər toqquşub.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, "BMW" markalı avtomobildə olan Rəşad Hacıyev həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az