Məşhur sənətçi Haluk Levent pərəstişkarlarını qorxudub. O, Muğlanın Ortaca rayonunda keçirilən 28-ci Kənd Təsərrüfatı, Ətraf Mühit və Turizm Festivalı çərçivəsində verdiyi konsertdən sonra özünü pis hiss edərək xəstəxanaya aparılıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həkimlər Haluk Leventə mədə spazmı diaqnozu qoyublar. Sənətçi gecəni xəstəxanada həkim nəzarəti altında keçirib.
Muğla Ortaca Yücelen Xəstəxanasında müalicə alan sənətçiyə streslə əlaqədar mədə spazmı diaqnozu qoyulduğu açıqlanıb. Haluk Leventin bu gün xəstəxanadan buraxılacağı gözlənilir.
Lalə Qüdrətova
Milli.Az