Reytinqləri partladan türk serialında Azərbaycan mahnısı - VİDEO

14 Sentyabr 2025 07:07

Türkiyənin məşhur "Kızılcık şerbeti" serialında Azərbaycanın məşhur mahnısı "Ay saçı burma" səsləndirilib. 

Milli.Az xəbər verir ki, ekran işində Asil obrazını canlandıran aktyor mahnını səsləndirir və rəqs edir. O, bununla səs-küy salan qonşularına dərs verir. 

Qeyd edək ki, Asil obrazını Erkan Avcı canlandırır. 

"Ay saçı burma"nın musiqisi Məmmədbağır Bağırzadə, sözləri Zivər Ağayevaya məxsusdur.

Milli.Az