Ağdaşda sel ziyan vurdu - VİDEO

13 Sentyabr 2025 20:24

Ağdaşda traktorlar çınqıl altında qalıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ağdaş rayon ərazisindən keçən Türyançay çayında işləyən texnikalar ötən gün gecə saatlarında gələn sel nəticəsində çınqıl altında qalıb. 

Məlumata görə, texnikalar çaylaqda sönülü vəziyyətdə olub.

Traktorlar digər texnikaların vasitəsilə qazılaraq çıxarılıb.

Milli.Az