18:41
Aparıcı Səidə Bəkirqızı "Space TV"dən ayrılıb.
Milli.Az-ın Azxeber.com-a istinadən verdiyi məlumata görə, Səidə Bəkirqızının aparıcısı olduğu "Xəbərin izində" verilişi növbəti həftədən başqa aparıcının təqdimatında yayımlanacaq.
Teleaparıcı faktı təsdiq edib. O, bundan sonra jurnalistika fəaliyyəti ilə məşğul olmayacağını da deyib:
"Ayrılıq qərarını özüm almışam. Nəinki televiziyadan, hətta 25 ilidir ki, çalışdığım jurnalistikadan da gedirəm. Yanlış olmayan ifadələrimə görə televiziyanın yayımı dayandırıldı. Bu, mənə bir daha sübut etdi ki, Səidə artıq yetər, get".
Bildirilib ki, verilişdə Səidəni aparıcı Elvin Basqallı əvəz edəcək.
-----------
18:10
Jurnalist, aparıcı Səidə Bəkirqızı "Space TV"dən ayrılıb.
Bu barədə Oxu.Az-a xanım aparıcı özü məlumat verib.
S.Bəkirqızı açıqlamasında qeyd edib ki, bu gündən etibarən televiziya fəaliyyətini tamamilə dayandırmaq barədə qərar verib.
Qeyd edək ki, jurnalistin son günlər məcburi köçkünlərlə bağlı işlətdiyi ifadələr ictimaiyyətdə geniş narazılığa səbəb olub. "Space TV" Səidə Bəkirqızının sözlərinə görə cəzalandırılıb. Belə ki, 13 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib, telekanalın efirində qanunvericiliyin pozulması faktı müzakirə edilib.
"Space TV" redaksiyası tərəfindən yayımda aparıcının çıxışının zorakılığa çağırış və təbliğ məzmunlu hissəsinin səsi məhdudlaşdırılsa da, efirə gedən parçada kifayət qədər pozuntu və nifrət nitqi halları büruzə verib. Qeyd olunanları nəzərə alaraq, Audiovizual Şuranın üzvləri 16 sentyabr 2025-ci il tarixində həmin proqramın yayımı zamanından başlayaraq 6 saat müddətində (saat 08.00-dan 14.00-dək) "Space TV" kanalının yayımının dayandırılması haqqında yekdilliklə qərar qəbul ediblər.
Milli.Az