"Real Madrid"də ciddi itki

12 Sentyabr 2025 21:42

"Real Madrid"in müdafiəçisi Antonio Rüdiger zədələnib.

Milli.Az xəbər verir ki, almaniyalı müdafiəçinin 3 ay meydanlardan uzaq qalacağı gözlənilir. Onun sol ayağının ön düz nahiyəsindən zədə diaqnozu qoyulub.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Rüdiger dekabr ayında qayıtmağa çalışacaq. Bu, onun zədəsinin bərpasından asılı olacaq.

Milli.Az