Millətimizin Xalq ŞAİRİ Rüstəm Behrudi!

12 Sentyabr 2025 18:44

Azərbaycan vətəndaşları adındanSİZİN mübarək Doğum Gününüzü məmnuniyyətlə qeyri rəsmi,pafoszuz,kənd  sayağı səsləndirmək  istəyirik.

Behrud kəndinin torpağını iyləyən,kənddən axan çayların suyunu içən-Türkçülük,Turançılıg təfəkkürünün hissiyyətlərini bizlərə,türk dövlətlərinin xalqlarına yaşatdıran;kənd-gəsəbələrdə dağlar oğullarına mərdliyi,vətənpərvərliyi,milli düşüncə tərzini təlğin edən ƏZİZİMİZ!

Sibir sayağı can sağlığı arzulayırıq.
Ailə səadətinizi Yağmurlar bəzəsin,deyirik.
Qələm tutan əllərinizə sağlıq,çoşan könlünüzə ilham,Dünya çapında sevgi qismətiniz isə bizləri də canlandırsın.

Allah-Taala sizə üzün ömür nəsib etsin.
Əsirlərə bərabər Rüstəm Behrudinin altmış-yetmiş-səksən-doxsan-yüz...Nədir ki!
Tarixin,ellərin,obaların,xalqların demək istədiklərini Siz 20 əsrdən başlayaraq bu günə kimi qələmə alıb yazmağınız,cəsarətlə Söz Qılıncını qınından çıxarıb Zülfüqar simvoluna çevirirsinizsə,Doğum Günlərinin rəqəmlərlə ölçülməsinə yer qalmır.

Yaxşı ki varsınız!
Sizi doğan,bizlərə bağışlayan ruhu şad olan Anamıza eşq olsun!
Biz Sizə yazanda təbrik sözü işlətmədik.
Sizin kimi mütəffəkkirləri təbrik etmək olmaz.
Sizin özünüz,adınız,olmağınız,yazıb-yaratmağınlz TƏBRİK deməkdir.
Özünüzü qoruyun.
Ki,Tanrı da Sizi  qorusun!

Qərbi Azərbaycanlılar adından
Ülvi İrəvanlı.