Yasamalda külək binanın dam örtüyünü qoparıb - VİDEO

12 Sentyabr 2025 18:38

Yasamal rayonunda güclü külək fəsada səbəb olub.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə güclü külək səbəbindən rayonun Süleyman Tağızadə küçəsində yerləşən üçmərtəbəli binanın dam örtüyündə dəmir parçasının qoparaq asılı vəziyyətdə qalması və ətrafdakı insanlar üçün təhlükəli vəziyyətin yaranması barədə məlumat daxil olub.

Məlumatla əlqədar dərhal əraziyə cəlb edilən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən xüsusi vasitələrin köməyi ilə dəmir parçası götürülərək yaranmış təhlükə aradan qaldırılıb.

Milli.Az