Çarli Kirkin qatili tutulub

12 Sentyabr 2025 17:30

Siyasi fəal Çarli Kirkin qatili tutulub.

Milli.Az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Fox" telekanalının canlı efirində deyib:

"(Studiyaya) gəlməzdən beş dəqiqə qabaq mənə dedilər ki, onu tutublar".

Ağ Ev rəhbərinin sözlərinə görə, siyasi fəalı və Trampın "mənəvi oğlu" adlandırdığı Çarli Kirki qətlə yetirməkdə şübhəli bilinən şəxs barədə polisi ona çox yaxın olan adam məlumatlandırıb.

Tramp bildirib ki, onun əldə etdiyi məlumata görə, qatil 28-29 yaşlarında gəncdir.

Milli.Az