Futbolçumuz "Barselona"dan ayrıldı

12 Sentyabr 2025 19:56

Azərbaycanlı qolkiper Eldar Tağızadənin "Barselona"dakı karyerası uzun çəkməyib.

Milli.Az xəbər verir ki, 22 yaşlı qolkiper İspaniya klubundan ayrılıb.

Onun karyerasına hansı komandada davam edəcəyi hələ ki dəqiq deyil.

Tağızadə "Barselona"nın B komandasında məşqlərə başlamışdı, amma sonradan bu klubdan ayrılmaq qərarına gəlib.

Tağızadə hazırda klubsuzdur. "Neftçi"nin yetirməsi olan Eldar "Klermon" U-19, "Luqo", "Tudelano" klublarında çıxış edib./Sportal.az

Milli.Az