"Fənərbağça"ya transfer olan Aktürkoğlunun yaşayacağı dəbdəbəli VİLLA - VİDEO

12 Sentyabr 2025 17:00

Xəbər verdiyimiz kimi, Türkiyə millisinin və "Qalatasaray"ın keçmiş futbolçusu Kerem Aktürkoğlu yeni mövsümdə "Fənərbağça"nın heyətində çıxış edəcək.

Milli.Az xəbər verir ki, onun İstanbulda yaşayacağı ev də artıq müəyyənləşib.

Mediada yayılan məlumatlara görə, Kerem lüks bir yaşayış məhəlləsində yerləşən villada məskunlaşacaq. Ev müasir interyerə, geniş otaqlara malikdir. Ev idman zalı və istirahət zonaları ilə seçilir.

Futbolçunun yeni evi həm iş, həm də şəxsi həyatında rahatlıq yaratmaq üçün seçildiyi bildirilir.

Kerem Aktürkoğlu "Fənərbağça"dakı yeni karyerasına mükəmməl şəraitdə başlamağa hazırlaşır. İdman ictimaiyyəti isə onun "sarı-lacivərd" formada göstərəcəyi performansı səbirsizliklə gözləyir.

Hüseyn
Milli.Az