Bakıda "Black Friday" izdihamı - Qapılar açılan kimi mağazaya "hücum etdilər" - VİDEO

28 Noyabr 2025 14:09

Bakıda ticarət mərkəzlərinin birində izdiham yaşanıb.

Milli.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

"Zara" mağazasının qarşısına toplaşan şəxslər qapılar açılan kimi içəriyə axın ediblər.

Qeyd edək ki, bugündən etibarən bütün dünyada 3 günlük "Black Friday" ( Qara Cümə ) endirim kampaniyası tətbiq olunur. Belə hal demək olar ki, hər il yaşanır.

İsmayıl
Milli.Az