"Barselona"nın keçmiş ulduzu idi - məşqçi kimi qayıtdı

12 Sentyabr 2025 15:44

Keçmiş ulduz futbolçu Tyaqo Alkantara bir zamanlar formasını geyindiyi "Barselona"ya qayıdıb.

Milli.Az kataloniyalıların mətbuat xidmətinə istinadən xəbər verir ki, o, məşqçilər korpusunda yer alacaq.

34 yaşlı keçmiş orta xətt oyunçusu  futbolçulara taktiki məsələlərdə məşq keçəcək.

Qeyd edək ki, Tyaqo Alkantara 2024-cü ilin iyulundan avqustuna kimi "Barselona"da Hans-Diter Flikin köməkçisi vəzifəsində işləyib.

Ötən yay karyerasını başa vuran futbolçu "Barselona", "Bavariya" və "Liverpul" kimi Avropa nəhənglərində forma geyinib.

Tural
Milli.Az