Şahzadə Harri Kiyevdə - FOTO

12 Sentyabr 2025 13:46

Şahzadə Harri elan olunmamış səfərlə Ukraynaya gedib. 

Milli.Az xəbər verir ki,  bu barədə Britaniya mətbuatı məlumat dərc edib. 

O və "Invictus Games" Fondunun komandası Rusiyaya qarşı üç illik müharibədə ağır yaralanan hərbçilərin reabilitasiyasına dəstək üçün yeni təşəbbüsləri açıqlayacaqlar.

Harri bildirib ki, müharibəni dayandıra bilməsələr də, yaralıların bərpasına "mümkün olan hər şeyi" edəcəklər.

Milli.Az