10:22
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
Milli.Az report.az-a istinadən xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib.
08:55
Sentyabrın 12-də saat 05 radələrində Culfa rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, rayon sakininin idarə etdiyi "BMW" markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişini hadisə yerində vəfat ediblər.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəzada həyatı itirənlərdən 2 nəfər polis əməkdaşı olub. Hadisə yağıntılı hava şəraitinə görə yolda avtomobilin sürüşməsindən baş verdiyi ehtimal edilir.
Milli.Az