İlham İsmayılova vəzifə verildi

11 Sentyabr 2025 18:46

"Şərur Regional Tibb Mərkəzi" publik hüquqi şəxsin direktoru vəzifəsinə təyinat olub.

Milli.Az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə İsmayılov İlham Müzəffər oğlu təyin edilib.

Qeyd edək ki, İlham İsmayılov peşəcə həkim-uroloqdur.

Milli.Az