11 sentyabr terrorundan 24 il ötür

11 Sentyabr 2025 19:21

2001-ci il sentyabrın 11-də ABŞ-da silsilə terror aktları törədilib.

Milli.Az xəbər verir ki, təxminən 3 min insan həlak olub. İki "Boeing 767" təyyarəsi Nyu-Yorkdakı Ümumdünya Ticarət Mərkəzinin qoşa binalarına "Boeing 757" təyyarəsi Pentaqon binasına çırpılıb.

Dördüncü təyyarə isə Pensilvaniya ərazisində düşüb. Terrorçular təyyarələri qaçırmışdı. Hücumlar nəticəsində Nyu-Yorka 36 milyard dollar zərər dəyib, dağıntıların təmizlənməsi səkkiz aydan çox çəkib. Pentaqonun zədələnmiş hissəsi 2002-ci ildə bərpa olunub. Hücumlar "Əl-Qaidə" lideri Usama bin Laden tərəfindən təşkil olunub. Ümumilikdə 2977 nəfər həlak olub, onlardan 343-ü yanğınsöndürən, 23-ü polis, 37-si liman zabitidir.

Asya
Milli.Az