Duru yağı kanalizasiya suyundan hazırlayırlar - Artıq alanda iki dəfə düşünəcəksiniz - VİDEO

28 Noyabr 2025 11:00

Bəzi restoranlarda ucuz qızartma məhsullarının satışında təhlükəli tendensiya müşahidə olunur.

Milli.Az xəbər verir ki, xarici ölkələrdə bəzi qeyri-qanuni iaşə obyektlərində "kanal yağı" adlanan, qida üçün yararsız və sağlamlıq üçün son dərəcə təhlükəli qarışıqdan istifadə edilir.

Kanal yağı restoran və kafelərin mətbəx sularından, kanalizasiya xəttindən və zibil konteynerlərindəki atıq yağlardan toplanır. Daha sonra müxtəlif üsullarla çökdürülərək və süzülərək şaffaf görünüş verilir, lakin bütün toksinlər tərkibdə qalır.

Mütəxəssislər xəbərdarlıq edir ki, bu yağın istifadəsi qanunla qadağandır və insan sağlamlığı üçün ciddi risk yaradır. Tərkibində ağır metallar, toksik maddələr və mikroorqanizmlər ola bilər ki, bunlar:

• qida zəhərlənməsinə,
• qaraciyər zədələnməsinə,
• uzunmüddətli xroniki xəstəliklərə səbəb ola bilər.

Xüsusilə küçə yeməkləri, çox ucuz qızardılmış toyuq və kartof kimi məhsullar alarkən diqqətli olmaları tövsiyə olunur.

İsmayıl
Milli.Az