Bir zamanların reytinqli "Çocuklar Duymasın" serialındakı "Havuç Emre" obrazı ilə tanınan aktyor Furkan Kızılay uzun müddətdir ekranlardan uzaq qalsa da, həm şəxsi həyatı, həm də yeni peşəsi ilə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, 34 yaşlı aktyor bu ilin iyun ayında sevgilisi Tutku Yılmazla ailə qurub. Evlilikdən sonra isə gözlənilməz açıqlama ilə yeni peşəsini izləyiciləri ilə bölüşüb.
Kızılay sosial media hesabında yayımladığı videoda uzun illərdir səsyazma işi ilə məşğul olduğunu etiraf edib:
"17 ildir ki, səs işi ilə məşğulam. Çox güman ki, bir çox reklamlarda səsimi eşitmisiniz, amma mənim olduğumu anlamamısınız. Studiyamız yerin altında yerləşir. Filmlərin dublyajını da edirəm. İndi isə yeni reklam çarxlarında səsimlə qarşınıza çıxıram" .
Beləliklə, ekranlardan uzaq qalan məşhur aktyor indi reklam və film dublyajı ilə tamaşaçılar qarşısındadır.
Fidan
Milli.Az