Türkiyədə əməliyyat: Məşhur kanallara həbs qoyuldu

11 Sentyabr 2025 09:45

İstanbulun Küçükçekmece Respublika Prokurorluğu "Can Holdinq" rəhbərləri Mehmet Şakir Can, Kamal Can və Kənan Tekdağ da daxil olmaqla 10 nəfər barəsində həbs qərarı çıxarıb.

Milli.Az xəbər verir ki, əməliyyat çərçivəsində holdinqin tərkibindəki 121 şirkət, o cümlədən Habertürk və Show TV dövlət nəzarətinə götürülüb.

Şirkət rəhbərləri cinayətkar təşkilat yaratmaq, qaçaqmalçılıq, dələduzluq və çirkli pulların yuyulması ittihamları ilə saxlanılıblar. MASAK hesabatlarına görə, holdinqin müxtəlif sektorlarda apardığı əməliyyatların cinayət yolu ilə əldə edilən gəlirlərin yuyulması məqsədi daşıdığı müəyyən edilib.

Jandarma əməkdaşları Habertürk, Show TV və Bloomberg-in yerləşdiyi binada axtarış aparır. Şirkətlərə qəyyum təyin olunub.

Qeyd edək ki, Habertürk və Show TV 2024-cü ilin dekabrında Turgay Ciner tərəfindən "Can Group"a satılmışdı.

Fidan
Milli.Az