Bu ölkədə güclü partlayış - 3 ölü, 70 yaralı

11 Sentyabr 2025 09:21

Meksikada baş verən güclü partlayış insan tələfatı ilə nəticələnib.

Milli.Az xəbər verir ki, bu barədə paytaxt meri Klara Bruqada özünün "X" hesabında yazıb.

Qaz daşıyan avtosisternin partlaması zamanı 3 nəfər həyatını itirib, 70 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə barədə məlumatı paytaxt meri Klara Bruqada "X" sosial şəbəkəsində paylaşaraq təsdiqləyib:

"Hazırda 70 nəfərin yaralandığı, təəssüf ki, 3 nəfərin isə həlak olduğu məlumdur", - deyə o bildirib.

Kənan
Milli.Az