"Çox qısqancam. Özümə aid olanı özümünküləşdirirəm. Bu sənətdə olan insan mənimlə olsa, yazıqdır. Məndən başını götürüb qaçar".
Milli.Az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "Günə uğurla" proqramında deyib. Sənətçi qısqanc olmasından danışıb:
"İnanmıram ki, sənətdə olan adam qısqanclığıma tab gətirə bilər. Danışa, yazışa bilər. Amma mən baxmalıyam ki, kimlə, nə danışır. Sevdiyim adamın hər şeyini görmək istəyirəm. Hələ şou-biznes adamıdırsa, bütün günü yanında gəzərəm".
"Özümə nə istəyirsiniz yazın, deyin. Ailəmə görə hər şey edərəm" deyə, Pərvin əlavə edib.
Milli.Az