"Komedixana"nın aktyorunun oğlu Ramiz Novruz haqqında filmə ÇƏKİLİR - VİDEO

10 Sentyabr 2025 21:17

Xalq artisti Ramiz Novruzun həyat hekayəsinin motivləri əsasında ekranlaşdırılan filmin çəkilişləri olub.

Milli.Az xəbər verir ki, layihənin ən diqqətçəkən məqamlarından biri isə aktyor Cavidan Novruzun oğlu Turan Novruza baş rolda dəstək verməsi olub.

Gecə yarısı baş tutan çəkilişlər zamanı gənc aktyor Turan Novruz yorğunluqdan yuxulamağa başlayıb. Bu an Cavidan Novruz atasının sənət yolundan gələn məsuliyyət hissini oğluna aşılamaq üçün ona köks ötürərək həm irad göstərib, həm də ruhlandırıb.

Qeyd edək ki, film Ramiz Novruzun həyat və sənət yolunun gənc nəsil üçün örnək olmasını hədəfləyir. Çəkilişlərdə ailə üzvlərinin iştirakı isə ekran işinə daha da səmimilik qatır.

Qeyd edək ki, müğənni və aktyor kimi fəaliyyət göstərən Cavidan Novruz sevilən komediya tele-layihəsi olan "Komedixana"da rollar canlandırıb. Aralarında yaranan narazılığa görə o, layihədən kənarlaşıb yenidən qayıtmışdı. Bir müddət sonra isə Cavidan yenidən kollektivlə yollarını ayırıb.

Musa
Milli.Az