Rusiya-Ukrayna cəbhəsində son 24 saatda nə baş verir?

10 Sentyabr 2025 22:12

Son sutkada Rusiya ordusu Ukraynanın Sumı, Xarkov və Donetsk vilayətlərinə hava hücumları təşkil edib, bir sıra hərbi texnika sıradan çıxarılıb. Donetskdə bəzi yaşayış məntəqələri Rusiya nəzarətinə keçib.

Milli.Az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bildirir ki, hücumlar əsasən PUA-lar vasitəsilə həyata keçirilib. Zaporojyede 14 yaşayış məntəqəsi atəşə tutulub. Ukraynaya aid 31 dron isə Qara dəniz və bir neçə Rusiya bölgəsi üzərində vurulub.

Buna cavab olaraq, Ukrayna hava qüvvələri son sutkada Rusiyaya məxsus 461 dronu məhv edib, həmçinin bir neçə artilleriya qurğusunu sıradan çıxarıb.

Cəbhə xəttində ümumilikdə 156 döyüş baş verib. Ukrayna tərəfinin məlumatına görə, Rusiya 950 hərbçisini və 300-dən çox texnikasını itirib.

Asya
Milli.Az