Kreml Polşadakı insidenti şərh etməkdən imtina etdi

10 Sentyabr 2025 17:08

Dmitri Peskov Polşanın dronlara görə Rusiyaya qarşı ittihamlarını qiymətləndirməkdən imtina edib

Milli.Az rusiya mətbuatına istinadla xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Polşada vurulan pilotsuz təyyarələrin Rusiya mənşəli olması ilə bağlı yayılan xəbərləri şərh etməkdən imtina edib.

O qeyd edib ki, Rusiya Müdafiə Nazirliyi müvafiq qiymət vermək səlahiyyətinə malikdir.

"Bilirsiniz, indiki halda biz bunu heç bir şəkildə şərh etmək istəməzdik, bu, bizim səlahiyyətimizə daxil deyil. Bu, Rusiya Müdafiə Nazirliyinin səlahiyyətindədir", - Peskov konfrans zamanı aydınlıq gətirib. 

Fidan
Milli.Az