Fransada etiraz aksiyaları keçirilir - 200 nəfər saxlanıldı - YENİLƏNİB - VİDEO

10 Sentyabr 2025 14:35

Fransada keçirilən kütləvi etiraz aksiyaları zamanı 200 nəfər saxlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə açıqlamasında ölkənin daxili işlər naziri məlumat verib.

Məlumata görə, Lion şəhərində etirazçılarla polis arasında qarşıdurma yaşanıb və hüquq-mühafizə orqanlarına hücum edilib.

------

13:25

Fransada hökumətin iqtisadi siyasətinə qarşı genişmiqyaslı etiraz aksiyaları keçirilir

Milli.Az xəbər verir ki, Parisdə nümayişçilər Place de la Nation meydanına çıxaraq zibilləri yandırıblar.

Makronun siyasətindən narazı olan ölkə sakinləri bir anda bir neçə böyük şəhərdə küçələrə çıxıb.

Marselin mərkəzində isə yüzlərlə insan toplaşıb, küçələri zibil qutuları ilə bağlayıb.

Marseldə küçələr bloklanıb, Tuluza ərazisində qatar hərəkəti dayandırılıb.

Aksiyadan görüntüləri təqdim edirik:

Milli.Az