Ağdamda 16 yaşlı qıza cinsi zorakılıqda şübhəli bilinən 4 nəfər həbs edildi - YENİLƏNİB

11 Sentyabr 2025 19:50

19:50

Ağdam rayonunda 16 yaşlı qıza təcavüz etməkdə şübhəli bilinərək polis tərəfindən saxlanılan dörd nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

APA-nın yerli müxbiri xəbər verir ki, sözügedən əməli törətməkdə şübhəli bilinən şəxslər barədə Ağdam rayon məhkəməsində qərar verilib.

--------------
2025.09.10

Ağdamda 16 yaşlı məktəbli qız bir qrup şəxs tərəfindən zorlandığı iddia olunur. 

Milli.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Yuxarı Yüzbaşılı kəndində baş verib. Zərərçəkən məktəbli qız ailəsinə məlumat verib. Ailəsi isə hüquq mühafizə orqanlarına müraciət edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Milli.Az-a bildirilib ki, Ağdamda 2009-cu il təvəllüdlü qızın cinsi zorakılığa məruz qalması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən 4 nəfər rayon sakini saxlanılaraq istintaqa təqdim olunub.

Faktla bağlı müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.

Mehman Əsədov
Milli.Az