Rus dronları Polşada yaşayış binasına və avtomobilə ziyan vurdu - FOTO

10 Sentyabr 2025 10:55

Lyublin vilayətinin Vırıki kəndində Rusiyaya məxsus pilotsuz təyyarənin qalıqları yaşayış evinin üzərinə düşüb. 

Milli.Az xəbər verir ki, Viriki şəhərinin Vladov rayonunda baş verən hadisə nəticəsində xəsarət alan olmayıb, lakin binanın dam örtüyü və yaxınlıqda dayanan avtomobilə ziyan dəyib.

Vladov rayonunun baş inzibatçısı Marius Zanko bildirib ki, hadisənin dəqiq təfərrüatları hələ məlum deyil və araşdırma davam edir.

Qeyd edək ki, Polşa qırıcı təyyarələri ölkənin hava məkanına daxil olan ən azı 4 pilotsuz təyyarəni məhv edib.

Fidan
Milli.Az