Tanınmış bloqer Rusiyada terrorçuçu siyahısına salındı - FOTO

10 Sentyabr 2025 10:12

Bloqqer və idman ayaqqabısı mağazaları şəbəkəsinin təsisçisi Nikita Efremov Rusiyada terrorçu və ekstremistlər siyahısına salınıb.

Milli.Az xəbər verir ki, ona qarşı Korrupsiyaya Qarşı Mübarizə Fonduna (FBK - Rusiyada "xarici agent", "arzuolunmaz" və "qadağan olunmuş təşkilat" kimi tanınır) ianələr etməsi ilə bağlı cinayət işi açılıb.

Efremov Türkiyədən qayıdarkən Şeremetyevo hava limanında saxlanılıb. Avqustun 19-da Moskvanın Ostankino Məhkəməsi onun barəsində müəyyən hərəkətlərin məhdudlaşdırılması ilə bağlı həbs-qətimkan tədbiri seçib.

İstintaq Komitəsinin məlumatına görə, Efremov 2021-ci ilin sentyabrından 2022-ci ilin fevralına qədər FBK-ya pul köçürüb və bununla da "ekstremist fəaliyyəti maliyyələşdirməkdə" ittiham olunur. Rusiya Cinayət Məcəlləsinin 282.3-cü maddəsinə əsasən, ona 8 ilə qədər həbs cəzası verilə bilər.

Milli.Az