Kolbasa və sosiskalar xərçəng yaradır

10 Sentyabr 2025 10:42

Mütəxəssislər xəbərdarlıq edirlər ki, emal olunmuş ət məhsulları, xüsusilə də kolbasa və sosiskalar müntəzəm şəkildə qəbul edildikdə sağlamlıq üçün ciddi təhlükə yarada bilər.

Milli.Az xəbər verir ki, araşdırmalara görə, bu məhsulların tərkibindəki nitrat və nitritlər bədəndə kanserogen maddələrə çevrilərək bağırsaq xərçəngi riskini yüksəldir. Ümumdünya Səhiyyə Təşkilatı da (ÜST) emal olunmuş ət məhsullarını birbaşa xərçənglə əlaqəli qida qrupuna daxil edib.

Həkimlərin fikrincə, həftəlik rasionda kolbasa və sosiska kimi məhsulların miqdarını minimuma endirmək və onları daha sağlam protein mənbələri - toyuq, balıq və ya paxlalılarla əvəzləmək lazımdır.

Milli.Az