"Polşanın hava məkanını pozan dronlar Rusiyaya məxsusdur".
Milli.Az xəbər verir ki, Polşanın baş naziri Donald Tusk ölkənin hava məkanını pozan pilotsuz uçuş aparatlarının (PUA) Rusiyaya aid olduğunu açıqlayıb.
O bildirib ki, sərhədi keçən dronların sayı çox olub, lakin hamısı zərərsizləşdirilib.
-------
10:01
Polşanın Baş naziri Donald Tusk ölkənin hava məkanının pilotsuz uçuş aparatları ilə pozulmasından sonra Nazirlər Kabinetinin təcili iclasını çağırıb.
İclas artıq başlayıb.
Bununla yanaşı, Polşa Prezidenti Karol Navrotski Baş nazirin iştirakı ilə Milli Təhlükəsizlik Şurasının təcili toplantısını keçirəcək.
-----
09:24
Polşada bir sıra hava limanları müvəqqəti olaraq bağlanıb.
Milli.Az xəbər verir ki, buna səbəb Rusiya tərəfindən Ukraynaya yönəldilən hücumlar zamanı Polşa hava məkanına daxil olan naməlum uçan obyektlərdir.
Müdafiə naziri Vladislav Kosinyak-Kamyş və Baş nazir Donald Tusk vəziyyəti təsdiqləyərək bildiriblər ki, təhlükəsizlik məqsədilə NATO ilə koordinasiyada xüsusi tədbirlər görülüb.
Bağlanan hava limanları arasında Varşava Şopen, Rzeszów-Yasionka, Lublin və Modlin aeroportları var.
Rəsmi açıqlamalara görə, bu addım sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün atılıb və məhdudiyyətlərin müvəqqəti xarakter daşıdığı vurğulanır.
İsmayıl
Milli.Az