Nepalda siyasi böhran: Keçmiş Baş nazirin həyat yoldaşı öldürüldü

9 Sentyabr 2025 16:50

Nepalda gərginlik artır.

Milli.Az Hindistan KİV-lərinə istinadla xəbər verir ki, prezidentin istefası kütləvi etiraz aksiyalarının fonunda baş verib. Etirazçılar ölkənin idarəsinin onların nəzarətinə keçdiyini bəyan edərək yeni seçkilərin keçirilməsini tələb edirlər.

Digər bir şokedici hadisə isə sabiq Baş nazir Jalanat Xanalın ailəsində yaşanıb. Məlumata görə, onun həyat yoldaşı etirazçılar tərəfindən evlərinə edilən hücum nəticəsində ağır xəsarətlər alıb.

Hadisə paytaxt Katmandunun Dallu bölgəsində yerləşən iqamətgahda baş verib. Etirazçıların evi yandırması nəticəsində baş nazirin xanımı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı rəsmi araşdırmalara başlanılıb.

Milli.Az