"III Dünya müharibəsi artıq başlayıb"

9 Sentyabr 2025 16:30

"III Dünya müharibəsi artıq başlayıb".

Milli.Az xəbər verir ki, bunu Venesuela prezidenti Nikolas Maduro deyib.

Onun sözlərinə görə ABŞ bu müharibə üçün öz planlarını həyata keçirir.

Maduro RT-yə açıqlamasında  qeyd edib ki, hələ iki il əvvəl Papa Fransisk dünyanın üçüncü dünya müharibəsinə doğru getdiyini demişdi.

"Düşünürəm ki, bu, artıq başlayıb. ABŞ imperiyası siyasi, iqtisadi, mədəni və hərbi hegemonluğunu dünyaya sığdırmaq üçün müharibə planı hazırlayıb", - deyə Venesuela lideri vurğulayıb.

İsmayıl
Milli.Az