Zidanın yeni iş yeri bəlli oldu

9 Sentyabr 2025 16:02

"Real Madrid"in keçmiş çalışdırıcısı Zinəddin Zidan Fransa yığmasının sükanı arxasına keçməyə hazırlaşır.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, məşqçi ilə Fransa Futbol Federasiyası arasında aparılan danışıqlar uğurla başa çatıb. Müqavilənin yaxın günlərdə, həftəsonuna qədər imzalanacağı gözlənilir.

Xatırladaq ki, yığmanın hazırkı baş məşqçisi Didye Deşam DÇ-2026-dan sonra vəzifəsini tərk edəcək və onu Zidan əvəzləyəcək.

Qeyd edək ki, Zidan 2021-ci ildən bəri heç bir komanda ilə çalışmayıb. Buna baxmayaraq, o, Avropanın aparıcı çempionatlarını, eləcə də Fransa Liqa 1-i yaxından izləməkdə davam edir.

Qeyd edək ki, Joze Mourinyonun "Fənərbağça"dan istefaya göndərildikdən sonra Zidanın İstanbul klubuna keçəcəyinə dair xəbərlər gündəmi zəbt etmişdi.

Hüseyn
Milli.Az