İftixar Piriyev İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru vəzifəsindən azad olunub.
Milli.Az report.az-a istinadən məlumat verir ki, mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb.
Məlumatı Mədəniyyət Nazirliyidən təsdiqləyiblər.
Bildirilib ki, İftixar Piriyevin əmək fəaliyyətinin son yaş həddinə çatmasına görə müqaviləsinə xitam verilib.
Milli.Az