"Breaking Bad" serialının aktyoru Raymond Kruz Los-Ancelesdə polis tərəfindən saxlanılıb.
Milli.Az xəbər verir ki, məşhur aktyor qonşuların şikayəti əsasında polis idarəsinə aparılıb. Raymond Kruz 5 saat idarədə saxlanıldıqdan sonra sərbəst buraxılıb.
Hadisə Los-Ancelesin Silver Lake məhəlləsində saat 10:40 radələrində baş verib. Belə ki, aktyor maşınını yuyarkən qonşularla mübahisə yaranıb və aktyor şlanka onları isladıb. Bundan sonra qonşular polisə müraciət ediblər.
Raymond Cruz "Breaking Bad" serialında Tuco Salamanca rolunu canlandırmaqla tanınır, həmçinin "Better Call Saul", "The Closer" və "Major Crimes" seriallarında da çıxış edib.
İsmayıl
Milli.Az