iOS 26, iPadOS 26, watchOS 26 və macOS 26 əməliyyat sistemləri 15 sentyabr 2025-ci ildən etibarən istifadəçilərə təqdim olunacaq.
Milli.Az xəbər verir ki, bu barədə Apple şirkəti rəsmi olaraq elan edib.
Yenilənmələrin çıxış tarixi yeni iPhone, Apple Watch və AirPods Pro təqdimatı ilə eyni gündə açıqlanıb.
Yeni dizayn ilk dəfə 9 iyun 2025-ci ildə göstərilib. Əsas vizual dəyişiklik "Liquid Glass" effektidir - bunun sayəsində interfeys şəffaf elementlərlə zənginləşdirilib. Yenilənmiş dizayn kodu ikonlardan tutmuş düymələrə, panellərə, bildirişlərə, sürüşdürmə çubuqlarına, axtarış və ünvan sətirlərinə qədər sistemin bir çox hissəsinə tətbiq olunub.
İsmayıl
Milli.Az