Ağır qəzada ölən sürücü Vətən müharibəsi iştirakçısı imiş - FOTO

9 Sentyabr 2025 12:18

Xəbər verdiyimiz kimi, sentyabrın 7-də Bakı-Qazax magistralının Ağdaş rayonu ərazisindən keçən hissəsində "KIA" markalı avtomobilin aşması nəticəsində sürücü, 29 yaşlı Əhliman Mehdiyev ölüb. 

Milli.Az unikal.az-a istinadən xəbər verir ki, qəzada həyatını itirən Əhliman Mehdiyev Vətən müharibəsi iştirakçısıdır.

Mərhum Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərdə iştirak edib.

Milli.Az