Neymarın türkiyəli məşqçi ilə bağlı VİDEOsu 12 milyon izləndi

9 Sentyabr 2025 13:00

Braziliyalı dünya ulduzu Neymarın türkiyəli fubol məşqçisi Hikmət Karaman barədə paylaşımı diqqət çəkib. 

Milli.Az xəbər verir ki, 2015-ci ildə keçirilən "Çaykur Rizespor" - "Gençlerbirliği" oyunu zamanı yaşanmış penalti mübahisəsi illər sonra sosial şəbəkədə yenidən gündəmə gəlib.

Bu anlara dair ulduz futbolçu Neymarın paylaşımı isə sosial şəbəkələrdə böyük əks-səda doğurub.

Sosial şəbəkələrdə "Türk futboluna damğa vuran an" qeydi ilə paylaşılan görüntülər qısa zamanda viral olub. Video cəmi üç gün ərzində 12,3 milyon baxış və 1 milyon bəyəni toplayıb. Neymarın bu paylaşımı futbol ictimaiyyəti və azarkeşlər arasında geniş müzakirələrə səbəb olub.

Hüseyn
Milli.Az