Donetskdə yeni itkilər – Rusiya irəliləyir

9 Sentyabr 2025 11:22

Rusiya qüvvələri Donetsk vilayətində yerləşən və bölgənin ən böyük kömür müəssisələrindən biri olan "Pokrovskoye" mədən idarəsinin ərazisinə daxil olub.

Milli.Az xəbər verir ki, Donetskdəki qondarma rəhbərliyin nümayəndəsi İqor Kimakovskiyə görə, Rusiya bölmələri Udaçnı istiqamətindən irəliləyərək kompleksin inzibati sahələrinə daxil olub.

Qeyd edək ki, bölgədə şiddətli döyüşlər gedir, Ukrayna əlavə qüvvələr və texnika cəlb edir.

Asya
Milli.Az