Peskov Putinin ad gününü necə keçirəcəyini açıqladı

9 Sentyabr 2025 10:32

Rusiya prezidenti Vladimir Putin ad gününü ( 7 oktyabr ) adətən ailəsi və yaxınları ilə keçirir, həm də xarici ölkə liderləri ilə əlaqə saxlayır.

Milli.Az xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov TASS-a açıqlamasında bildirib.

Onun sözlərinə görə Putin ad günündə tez-tez həm də işgüzar görüşlər keçirir və dövlət başçıları ilə danışıqlar aparır.

"O, adi insanlar kimi yaxınları ilə qeyd edir, amma çox vaxt həmin gün həm də xidməti tədbirlər təşkil olunur", - deyə Peskov qeyd edib.

Peskov daha əvvəl bildirmişdi ki, Putin heç vaxt rəsmi məzuniyyətə çıxmır, çünki prezidentin səlahiyyətləri tam istirahətə imkan vermir.

İsmayıl
Milli.Az