“Fənərbağça” bu futbolçu ilə yollarını ayırdı - FOTO

9 Sentyabr 2025 10:21

"Fənərbağça" futbolçusu Aleksandr Ciku ilə yollarını rəsmən ayırıb.

Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, klub mərkəz müdafiəçisinin müqaviləsinin ləğvi ilə bağlı Türkiyə Futbol Federasiyasına (TFF) müraciət edib.

31 yaşlı oyunçu karyerasını Rusiyada davam etdirəcək və "Spartak"la razılıq əldə edib.

Qeyd edək ki, Aleksandr Ciku 2023-cü ilin yayında Fransa təmsilçisi "Strasburq"dan "Fənərbağça"ya transfer olunmuşdu.

Milli.Az