Jose Mourinyo “Fənərbaxça”nı izləmədən çıxardı

9 Sentyabr 2025 00:13

"Fənərbaxça" ilə yollarını ayıran portuqaliyalı məşqçi Jose Mourinyo, sosial media hesabından sarı-lacivərtli klubu izləmədən çıxarıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Fənərbaxça" bir neçə gün öncə 2024-2025 mövsümünün əvvəlində komandanın başına gətirilən Jose Mourinyo ilə rəsmi olaraq yollarını ayırdığını açıqlamışdı. 

5 milyon 400 min izləyicisi olan Instagram hesabında Mourinyo artıq "Fənərbaxça"nı izləməkdən imtina edib. Onun bu hərəkəti klub azarkeşləri tərəfindən narazılıqla qarşılanıb.

Bununla belə, Mourinhyonun profilində "Fənərbaxça" ilə bağlı daha əvvəl paylaşdığı foto və videolar hələ də qalmaqdadır.

Portuqaliyalı məşqçi İstanbul klubunun başında bütün turnirlərdə 62 oyuna çıxıb. Bu qarşılaşmalarda 37 qələbə, 14 heç-heçə və 11 məğlubiyyət əldə edib.

Lalə Qüdrətova
Milli.Az