21:40
Xızıda zəhərlənməyə ev şəraitində hazırlanan qidalar səbəb olub.
Xızı rayonunda məişət şəraitində baş verən hadisənin səbəblərinin müəyyən edilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi tərəfindən araşdırmalar aparılıb. Araşdırma nəticəsində məlum olub ki, Giləzi qəsəbə sakinləri ev şəraitində hazırlanan qidaları dəniz kənarında qurduqları məclisdə qəbul etdikdən sonra səhhətlərində yaranan narahatlıqlar səbəbindən tibbi yardıma müraciət ediblər.
Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün müvafiq nümunələr götürülüb. Faktla bağlı araşdırmalar davam edir.
Agentlik bir daha bildirir ki, məişət şəraitində hazırlanan qidaları istehlaka təqdim edilərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsi vacib şərtdir.
----------
Xızı rayonunun Giləzi qəsəbəsində kütləvi zəhərlənmə olub.
Milli.Az xəbər verir ki, 8 nəfər zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər xəstəxanasına çatdırılıb.
Qeyd edilib ki, zəhərlənənlərin hamısı qohumdur. Onlar dünən Giləzidə dəniz sahilində qohumlarının tələbə olması ilə bağlı məclisdə iştirak ediblər. Belə ki, hər ailə özü ilə müxtəlif qidalar gətirib və birgə yeyib-içiblər.
Zəhərlənən şəxslərin həyatına təhlükə olmadığı bildirilib. Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Milli.Az