Uşaq olan evə televizor düşməndir - Nevroloq

28 Noyabr 2025 02:02

Fon rejimində işləyən televizor uşaqlar üçün zərərlidir.

Milli.Az xəbər verir ki, bu barədə rusiyalı uşaq nevroloqu Qalina Nevrüzina deyib.

O bildirib ki, problem yalnız yayımlanan proqramın məzmununda deyil, açıq ekranın özündədir.

Hətta uşağın otağında işləyən televizor onun ətrafla ünsiyyət ehtiyacını azaldır və inkişafı ləngidir. Uşaqlar ən yaxşı irəliləyişi real oyun zamanı göstərirlər. Bu oyunlar onların marağını artırır və daha mürəkkəb fəaliyyətlərə həvəs yaradır.

Nevrüzina əlavə edir ki uşaqlar üçün nəzərdə tutulan televizor proqramları da həmişə təhsil məqsədinə xidmət etmir, bəzən onu ləngidə bilər. Ekran qarşısında çox vaxt keçirən uşaqlarda nitq gecikməsi, diqqət problemləri və gələcəkdə oxumaqda çətinlik riski artır.

Araşdırmalar göstərir ki kiçik yaşda ekranla daha çox ünsiyyət beyin və fiziki fəaliyyəti azaldır. Uzun müddət televiziya və ya kompüter qarşısında qalmaq gələcəkdə piylənmə, yuxu pozuntusu və aqressiv davranışlara gətirib çıxara bilər.

Əlavə problem isə valideynlərin öz cihaz istifadəsidir. Valideyn ekranlara çox vaxt sərf etdikdə uşaqlarla keyfiyyətli ünsiyyət azalır. Nevrüzina tövsiyə edir ki valideynlər öz smartfon və televizor istifadəni məhdudlaşdıraraq uşaqlarla danışmağa, oynamağa və onların suallarını cavablandırmağa vaxt ayırsınlar.

İsmayıl
Milli.Az