35 yaşdan sonra idman zalına gedənlərə xəbərdarlıq

27 Noyabr 2025 19:07

Mütəxəssislər bildirir ki 30-35 yaşdan sonra idman zalına getməzdən və ya ağır fiziki fəaliyyətə başlamazdan əvvəl bir sıra analizlər və müayinələr keçirmək vacibdir.

Milli.Az xəbər verir ki, bu, sağlamlıq problemlərini erkən mərhələdə aşkarlamağa kömək edir.

Rusiyalı həkim Alina Vlasova açıqlamasında qeyd edib ki ən vacib müayinələrdən biri ürək-damar sisteminə aid olan testlərdir.

Vlasova deyir ki gizli ürək problemləri ən böyük təhlükəni daşıyır:

"Yaş artdıqca simptom göstərməyən işemik xəstəlik, aritmiyalar və digər ürək xəstəliklərinin riski artır. Sadə istirahət elektrokardioqrafiyası bu problemləri görməyə kifayət etmir. Bunun əvəzinə yük testi tövsiyə olunur. İnsan qaçış aparatında qaçır və ya velosiped ergometrində pedal döndürür, bu zaman EKG və təzyiq ölçülür. Bu üsul gizli iskemiyanı və ürək ritminin pozulmasını aşkar etməyə imkan verir.

Hərəkət aparatının vəziyyətini yoxlamaq üçün isə Vlasova MRI müayinəsini tövsiyə edir. Diz, bud və ayaq biləyi kimi oynaq nahiyələrinin MRI-si erkən artroz, köhnə zədələr və travma risklərini göstərir. Bundan əlavə, onurğa sütununun rentgen müayinəsi onurğa diskləri, qığırdaq problemləri və osteoxondroz kimi dəyişiklikləri göstərir.

Eyni zamanda, tromboz riskini qiymətləndirmək üçün qan laxtalanma testləri və aşağı ətraf damarlarının duplex skaneri də vacibdir. Bu müayinələr damar tıxacı və tromboemboliya riskini göstərir".

Vlasova vurğulayır ki bu analizlər və müayinələr fiziki fəaliyyət zamanı gizli sağlamlıq problemlərinin qarşısını almaq və ciddi fəsadların qarşısını vaxtında almaq üçün həyati əhəmiyyət daşıyır.

İsmayıl
Milli.Az