Nəriman “Benfika”ya qarşı da oynamayacaq

7 Sentyabr 2025 19:39

Ötən gün millinin heyətindən çıxarılan "Qarabağ"ın futbolçusu Nəriman Axundzadənin zədəsi ciddidir.

Milli.Az xəbər verir ki, yığmanın düşərgəsində baldır nahiyəsindən zədə alan Axundzadə 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Bu isə onun sentyabrən 16-da UEFA Çempionlar Liqasının 1-ci turunda "Benfika" ilə matçda iştirak etməyəcəyi deməkdir.

Məlumatı klubdan saytımıza təsdiqləyiblər.

Milli.Az