Türkiyədə zəlzələ oldu - YENİLƏNİB

7 Sentyabr 2025 22:50

22:50

Sındırqı ilçəsində 4 bal gücündə növbəti zəlzələ baş verib.

Təkanlar yerin 9,62 km dərinliyində meydana gəlib. Zəlzələ ilə bağlı hər hansı mənfi halın yaşanmadığı bildirilib.

----------
14:49

Türkiyənin Balıkesir vilayətində yeraltı təkanlar qeydə alındı.

Milli.Az-ın məlumatına görə, Türkiyənin Fövqəladə Halların İdarə Olması Agentliyi (AFAD) Balıkesirin Sındırğı rayonunda 4,9 bal gücündə zəlzələnin baş verdiyini açıqlayıb.

Yeraltı təkanların episentri yerin 7,72 kilometr dərinliyində yerləşib.

Hazırda dağıntılar və xəsarət alanlar barədə hər hansı məlumat verilməyib. Rəsmi qurumlar vəziyyəti nəzarətdə saxladıqlarını bildiriblər.

Kənan
Milli.Az